İnsanlara hürriyət, millətlərə istiqlal!

Niger Fransadan yüz illik talana görə təzminat tələb edəcək

522 16.02.2024 00:11 Dünya A A

Nigerin hərbi hökumətinin başçısı general Abdurrahman Tçiani ölkənin təbii sərvətlərini yüz ildən artıq müstəmləkə və neokolonial yolla talan etdiyinə görə Fransadan təzminat tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısı RTN dövlət televiziyasına müsahibəsində bildirib.

“Fransa müstəmləkə və neokolonial idarəçilik dövründə yüz ildən çox müddət ərzində bizim resurslarımızı nəzarətsiz şəkildə talan etdi. Bunu bizə tam ödəyəcəklər, fransızların bizə olan bütün borcları ödəmək üçün ətraflı cədvəl tərtib edəcəyik və biz onlardan əbədi olaraq azad olacağıq. Biz öz suverenliyimizi tam bərpa etmək niyyətindəyik və bunun üçün Afrikanın ən yaxın tarixi ilə bağlı bütün arxiv məlumatlarını nəzərdən keçirib öyrənəcəyik”, - deyə o bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR