İnsanlara hürriyət, millətlərə istiqlal!

Nigar Arpadarai rəhbər təyin olundu

2859 18.10.2023 11:51 Son xəbər A A

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyində dəyişiklik baş verib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Şəfəq Hüseynli direktor vəzifəsindən azad edilib.

AMADA-nın yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda millət vəkili, “Bakı Şəhər Halqası”nın sabiq mətbuat xidmətinin rəhbəri Nigar Arpadarai şuranın sədri, hüquqşunas Samir Nuriyev isə sədr müavini seçilib. Həmçinin Təhminə Tağızadə AMADA-nın icraçı direktoru təyin edilib.

Xatırladaq ki, AMADA Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2016-cı ildə yaradılıb. Şəfəq Hüseynli ilk vaxtlardan qurumun direktoru vəzifəsində çalışırdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR