İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderland Kralı vergi ödəməmək hüququnu itirə bilər

408 18.01.2024 01:26 Dünya A A

Niderlandın bir neçə partiyası Kral Villem-Aleksandrın gəlir vergisindən azad olmaq hüququndan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib.

“Report” xəbər verir ki, bu barədə “NL Times” informasiya portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, təşəbbüs ilk dəfə parlamentin hər iki palatasında dəstək ala bilər.

“Kralın da gəlir vergisi ödəməsi vacibdir. Müəllimlər və polislər də vergi ödəyirlər. Niderlandda ictimai rifah üçün hamı vergi ödəyir”, - dəyişikliklərin təşəbbüskarlarından biri olan "Demokratlar 66" Partiyasının üzvü Yost Sreller deyib.

Monarxın gəlir vergisindən azad edilməsi Niderlandda konstitusiya ilə tənzimlənir. Ona düzəliş etmək üçün parlamentin aşağı və yuxarı palataları üzvlərinin üçdə ikisinin səsi tələb olunur. “Bu, ilk dəfə mümkün kimi görünür”, - “NL Times” qeyd edir. Məlumata görə, 2023-cü il noyabrın 22-də keçirilən seçkilərdən sonra parlamentdə təmsil olunan 10 partiya və mandat alan 150 ​​deputatdan 112-si daha əvvəl kralın vergi ödəməsinin lehinə çıxış edib. Yuxarı palatada bu siyasi qüvvələr 75 yerdən 50-nə sahibdirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR