İsrail ordusu İranın qərbində və mərkəzindəki hərbi hədəflərə zərbələr endirib.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, partlayışlar ən azı üç şəhərdə baş verib: Tehran, Təbriz və İsfahan.
İsrail Müdafiə Qüvvələri İrandakı hərbi hədəflərə zərbələr endirdiyini təsdiqləyib. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İsrail havadan atılan ballistik raketlərdən istifadə edib.
İran dövlət mediasının məlumatına əsasən, partlayışlar Tehran, Təbriz və İsfahanda qeydə alınıb.
Qeyd edək ki, ötən ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı keçirib. O, danışıqdan əvvəl “Bibi”dən İrana cavab zərbələri endirməməsini istəyəcəyini açıqlamışdı. Belə görünür ki, Netanyahu onun xahişinə əməl etməyib.
İran hakimiyyəti isə Tehranın səmasını uçuşlar üçün bağlayıb. Eyni zamanda SEPAH İsraildə vurulacaq çoxlu hədəflər müəyyənləşdirdiyini açıqlayıb.
Musavat.com






