İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu MÜHARİBƏNİN yeni mərhələsini elan etdi - VİDEO

1332 14.10.2023 22:27 Son xəbər A A

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın hücumundan ən çox zərər çəkən iki sərhəd icmasına - Beeri və Kfar-Azzaya baş çəkib.

Bu barədə “Times of Israel” məlumat yayıb.

Bu, Netanyahunun 1000-dən çox insanın ölümü ilə nəticələnən 7 oktyabr hücumundan sonra ilk səfər olub.

İsrail baş nazirinin Ofisi Netanyahunun “dəhşətli qətllərin baş verdiyi evlərin xarabalıqları arasında gəzdiyini” bildirib.

Netanyahu “X” sosial şəbəkəsindəki hesabında sərhəddəki qoşunlara baş çəkməsindən video yayımlayıb.

“Qəzza zolağında, cəbhə xəttində döyüşçülərimizlə. Biz hamımız hazırıq”, - videoda qeyd edilir.

Videoda Netanyahu hərbçilərdən növbəti mərhələyə hazır olub-olmadıqlarını soruşur. “Növbəti mərhələ yaxınlaşır”, - Benyamin Netanyahu deyib. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR