İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu: “Bu münaqişə İsrailin varlığı ilə bağlıdır”

377 19.01.2024 14:18 Dünya A A

İsrailin baş naziri Netanyahu Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib ki, onlar “HƏMAS-a qarşı qəti qələbə” əldə olunana qədər Qəzza zolağına hücumları davam etdirəcəklər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ mətbuatında çıxan "Vaşinqton administrasiyası Netanyahudan sonra Fələstin dövlətinin qurulması üçün hazırlıq görür" xəbəri ilə bağlı suala İsrailin baş nazir belə cavab verib: "Mən 30 ildir ardıcıl olaraq bir şeyi deyirəm: Bu münaqişə bir dövlətin – Fələstinin yoxluğuyla yox, bir dövlətin – İsrailin varlığıyla bağlıdır”.

BMT başda olmaqla beynəlxalq ictimaiyyətin qəbul etdiyi iki dövlətli həll təkliflərini rədd etdiyini və bu münasibəti ABŞ rəhbərliyinə çatdırdığını ifadə edən Netanyahu deyib ki, baş nazirin dostlarımıza “yox” demə qabiliyyəti olmalıdır.

Qəzza zolağının gələcəyi ilə bağlı danışan Netanyahu yalnız İsrailin bütün Qəzza üzərində təhlükəsizlik nəzarəti əldə etməsinə imkan verəcək razılaşmanı qəbul edəcəyini bildirib və bunu ABŞ rəsmilərinə dediyini qeyd edib.

Netanyahu Qəzzaya hücumlar bitdikdən sonra İsrailin İordaniyanın qərbindəki bütün torpaqları nəzarət altına almasının lazım olduğunu bildirərək deyib: "Bu durum da suverenlik mülahizəsindən doğan zərurətdir. Nə edə bilərik?".

ABŞ-ın NBC News televiziyasında yayımlanan xəbərdə ABŞ rəhbərliyinin Netanyahudan sonrakı dövrə hazırlaşdığı iddia edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR