İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Almaniya, Ukrayna, İtaliya və Britaniyanın liderləri ilə danışıb

497 08.10.2023 19:31 Siyasət A A

İsrailin Baş naziri Binyamin Netanyahunun almaniyalı, italiyalı və britaniyalı həmkarları Olaf Şolts, Corcio Meloni və Rişi Sunak, həmçinin Ukrayna Prezidenti Volodımır Zelenski ilə telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Bütün liderlər İsrailin lazım gəldikdə özünü müdafiə etmək hüququnu birmənalı dəstəklədiklərini bildiriblər”, - mətbuat xidməti diqqətə çatdırıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR