İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsibə Abdullayevaya “Xalq artisti” fəxri adı verildi –SƏRƏNCAM

1974 30.08.2022 12:34 Mədəniyyət A A

Məşhur müğənni, Özbəkistanda yaşayan Nəsibə Abdullayevaya “Xalq artisti” fəxri adı verilib.

Musavat.com rəsmi qaynaqlara istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilsin. 

Qeyd edək ki, hələ 36 il öncədən azərbaycanlı musiqisevərlərə yaxşı tanış olan Nəsibə Abdullayeva bu müddət ərzində repertuarına çoxu Azərbaycan mahnıları daxil edib və konsert verdiyi hər yerdə Azərbaycan mədəniyyətini təbliğ edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR