İnsanlara hürriyət, millətlərə istiqlal!

Nersisyandan XƏBƏR VAR - İrəvanda özünə iş axtarır

1107 14.10.2023 22:15 Son xəbər A A

Uzun müddət Xankəndidəki cinayətkar xunta rejimin “baş prokuroru”, “dövlət naziri” kimi çalışan Qurgen Nersisyandan xəbər var.

Q.Nersisyan hazırda ailəsi ilə birlikdə Ermənistandadır.

Nersisyanın dediyinə görə, onun Ermənistana keçidi elə də asan olmayıb.

“Laçın SBNM-də yoxlama zamanı Azərbaycan sərhədçiləri onu dərhal tanıyıb və saxlayıblar. Uzun müddət arvadı və uşaqları maşında qalıb, Qurgen Nersisyan isə Azərbaycanın sərhəd xidmətinin nəzarətində olub. Nersisyan sonda rus sülhməramlı qüvvələrin tərkibində olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının vasitəçiliyi ilə azad edilib və Ermənistana keçə bilib”.

İndiyədək danışmamasına gəldikdə isə Nersisyan bildirib ki, Xankəndidə xunta rejimin tör-töküntüləri olduğu üçün danışmayıb. O hesab edib ki, danışması həmin xunta rejimin tör-töküntüsünün Ermənistana keçidi zamanı maneçilik yarada bilər və ona görə də susub.

Ermənistanda hansı işlə məşğul olduğuna və ya hansısa iş təklifi alması ilə bağlı suala gəldikdə Nersisyan hələlik heç bir iş təklifi almadığını, ixtisasca hüquqşünas olduğunu və özünə uyğun iş tapmağa çalışacağını bildirib. (Ölkə.Az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR