İnsanlara hürriyət, millətlərə istiqlal!

Nepal Everestə qalxmağa QADAĞALAR QOYUR

931 08.05.2024 15:42 Dünya A A

Nepal Everesti fəth etmək üçün verilən icazələrin sayını azaldacaq.

Musavat.com xəbər verir ki, bu barədə “CentralAsia” nəşri məlumat yayıb. 

Nepal Ali Məhkəməsi verilən icazələrin sayının azaldılması barədə sərəncam verib. 

Qeyd olunub ki, zirvələrə qalxmaq üçün alpinistlərin yaşı ən azı 18 və 75-dən yuxarı olmamalıdır.

İcazələr yalnız 6500 m-dən yuxarı zirvələrə qalxma təcrübəsi olanlara veriləcək.

Ali Məhkəmənin qərarının tam mətni hələ dərc edilməyib. Məhkəmə Nepal dağlarında vertolyotların xilasetmədən başqa hər hansı məqsədlər üçün istifadəsini qadağan edib. 

Nəşr qeyd edir ki, ötən il Nepal Everestin zirvəsinə qalxmaq üçün rekord sayda - 478 icazə verib.

Məhkəmə qərarı qüvvəyə minməsə də, icazəni ərizə verən və 11 min avro ödəmiş hər kəs ala bilər.

2024-cü ildə isə Nepal hökuməti alpinistlərə dağlara qalxmaq üçün 945 icazə verib. Onlardan 403-ü Everest üçündür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR