İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nensi Pelosi 25 milyon dollara görə ağlayıb" - Rauf Arifoğlu

1011 24.09.2022 00:44 Gündəm A A

"Nensi Pelosinin Ermənistana səfərini maliyyələşdirənlərdən biri də Ruben Vardanyandır. Bu səfər 120 milyon dollara başa gəlib. Məbləğin böyük bir hissəsini Amerikada fəaliyyət göstərən "erməni milli konqresi" adlı təşkilat ödəyib, 25 milyon dollar isə Vardanyanın hesablarından ödənilib. Nensi Pelosi canının yanmağına görə yox, 25 milyon dollara görə ağlayıb. "

Musavat.com xəbər verir ki, bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib. 

R.Arifoğlu bildirib ki, bu faktların hamısı açıq məlumatlardır: "Məlumatlarda haradan nə qədər maliyyə vəsaiti ayrılıbsa, hamısı qəpiyinə kimi yazılıb. Bunlar açıq internet məlumatlarıdır. Amerikada Nensi Pelosi səviyyəsində bir yetkili, Amerikanın rəhbərlərindən biri, ölkənin üçüncü siması heç zaman 120 milyon dolları alıb, gizli şəkildə cibinə qoya bilməz."

Daha ətraflı verilişdən təqdim etdiyimiz hissədə: 

Tv Musavat "Youtube" linki: https://www.youtube.com/user/TVmusavat

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR