İnsanlara hürriyət, millətlərə istiqlal!

Nə oldu, Paşinyan, sözünü niyə yedin? - Nikolun növbəti "ziq-zaq"ının səbəbi nədir?

1906 03.09.2023 16:48 Siyasət A A

Ermənistanın Baş naziri Nikol Paşinyanın dünənki açıqlamaları həm Ermənistanda, həm də Azərbaycanda heyrət və müzakirə doğurub. Bu açıqlamalar Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı dediklərinin cəfəngiyyat olduğunu və nəticə etibarilə onun ikiüzlülüyünü aydın göstərdi. Ermənistanda və Qarabağda erməni separatçılarının hələ də qaldığı ərazilərdə gedən proseslər və son dəyişikliklər Köçaryan-Sarkisyan xəttinin gücləndiyini və onlara bağlı qruplaşmaların aktivləşərək mövqelər əldə etdiyini göstərir.

Araik Arutunyan Köçəryan-Sarksyan qruplaşması ilə bağlı olsa da, zəif şəxs idi. Hazırda gələnlər radikal mövqeləri ilə seçilir, Arkadi Qukasyan və Bako Saakyan xəttini davam etdirməyə çalışırlar. 

Bu həmin qrupdur ki, Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasına, Brüssel prosesinin inkişafına mane olur. Bu qrup hazırkı gərginliyin səbəbkarıdır, yolların açılmasını sabotaj edir.

Bu proses həm də Ermənistanda hakimiyyət çevrilişinə hazırlıq getdiyini göstərir. 

Köçaryan-Sarkisyan qruplaşması Rusiyaya arxalanaraq mövqelərini gücləndirir. Baş verənlər Rusiyanın regionda yeni oyunu kontekstində izah oluna bilər.

Köçəryan ötən gün mitinqdə Arayikin gedişinə sevindiyini, həmçinin, yalnız  ermənilərin həmrəyliyi ilə qondarma rejimin müstəqilliyini saxlamağın mümkün olduğu bildirib. 

Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli hesab edir ki, gündəmə Paşinyan və ətrafının daxil  olduğu yeni elitanın mübarizəsi gəlib. Musavat.com-a şərhində ekspert bildirib ki, mübarizədə  dini sektanı da nəzərə almaq lazımdır:

eziz (1).jpg (84 KB)

"Önə çıxan hər iki klan Rusiyaya bağlıdır. Onların fəallaşması Paşinyanın sərhəd bölgələrdə rus sülhməramlılarını pasifizasiya edib yerinə fransızları gətirməsi deməkdir. Rusiyaya bağlı şəxslər buna qarşı çıxırlar. Arayik Arutunyanın istefasından öncə Qarabağ erməniləri Qukasyan və Saakyanla görüş keçirdilər. Onlar ərazidə söz sahibi olduqlarını gündəmə gətirdilər. Rusiya Qarabağ ermənilərinin İrəvandakı elementləri olan keçmiş prezidentlər Köçəryan və Sarkisyanı dərhal meydana çıxardı. Paşinyan hakimiyyətə gələndən Köçəryan və Sarkisyanın ailə üzvlərinin mühakiməsi davam edir. Hər şeyə rəğmən Rusiya onları qorumağı bacardı. Hazırda,  faktiki hakimiyyətsizlik dönəmində hansı qrupun Qarabağda təşəbbüsü ələ ala alması məsələsi önə çıxır. Mübarizənin gedişatı  Rusiyaya yaradıcı və praqmatik  xidmətdən asılıdır".

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR