İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazpəri Dostəliyeva: "Üçüncü zərbəni də mənə sən vurdun"

2381 22.02.2023 21:21 Şou-biznes A A

Xalq artisti Nazpəri Dostəliyeva iki gün əvvəl dünyasını dəyişən Xalq artisti Ramiz Novruzla bağlı paylaşım edib. 

Musavat.com xəbər verir ki, müğənni dost olduğu aktyorun ölümünün onun üçün böyük zərbə olduğunu bildirib:

"Əziz dostum, böyük sənətkar... Bu xəbər məni daha çox məyus elədi. Üçüncü zərbəni də mənə sən vurdun. Məkanın cənnət olsun".

Qeyd edək ki, bir neçə gün əvvəl Nazpərinin müğənni bacısı Zeynəb Dostəliyeva dünyasını dəyişib. Müğənninin oğlu Əli isə 2021-ci ildə ürək çatışmazlığından vəfat edib. 

Ramiz Novruz Nazpəri Dostəliyevanın "Nə olar Allahım, ayırma bizi" mahnısına çəkdirdiyi klipdə rol alıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR