İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik teatr direktoru ilə bağlı araşdırmaya başladı

839 21.07.2022 15:44 Mədəniyyət A A

Mədəniyyət Nazirliyi Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyevlə bağlı araşdırmalara başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Report”a nazirlikdən bildirilib.

Qeyd olunub ki, E.Rəfiyevin dövlətə 150 min manatdan çox vergi borcunun olması və bu səbəbdən ölkədən çıxışına qadağa qoyulması məsələsi araşdırılır.

Xatırladaq ki, teatrın direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə məhkəmə qərar çıxarıb. Səbəb isə teatrın dövlətə 150 min manatdan çox vergi borcunun olması göstərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR