İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirin birinci müavininin həbsi - Elnur Əliyev haqda sensasion iddia

10418 02.11.2022 08:40 Gündəm A A

DTX-nın keçirdiyi əməliyyat zamanı Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak və Protokol şöbələrinin  rəislərinin də saxlanıldığı deyilir; Elnur Əliyevin tədbirlərin birində sevgilisinə görə dava saldığı bildirilir

Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Mədəniyyət Nazirliyində əməliyyata başlayıblar. Güc qurumundakı mənbələrdən əldə olunan məlumata görə, söhbət antikorrupsiya tədbirlərindən gedir. Əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanılıb. Məlumata görə, əməliyyat nəticəsində nazirliyin Təchizat və Əmlak şöbəsinin müdiri İlkin Nəsibov və nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıblar.

E.Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışırdı.

Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009-2013-ci illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını bitirib.

Elnur Əliyev 2000-2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, bir sıra regional əməkdaşlıq qruplarına sədrlik edib. Həbs edilən nazir müavini 2004-2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı səfirliyində işləyib. O, 2008-2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankında müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb.

Elnur Əliyev 2017-2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb. 2020-ci ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib. Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir

Evlidir, üç övladı var.

Bizim.Media yazır ki, bu yaxınlarda Elnur Əliyevlə bağlı xoşagəlməz hadisə yaşanıb. Belə ki, tədbirlərdən birində Elnur Əliyevlə ailə dostu arasında mübahisə olub. Gərginləşən mübahisə sonradan dava ilə nəticələnib. Bununla bağlı sayta  tədbir iştirakçılarından biri məlumat verib. Onun dediyinə görə, dava nazir müavininin münasibətdə olduğu və həmin tədbirdə bərabər iştirak etdiyi xanıma görə baş verib. Hansı ki, Elnur Əliyevin ailəvi dost olduğu şəxs sevgilisini tədbirdə görən kimi mübahisəyə başlayıb. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb. Məsələyə polis müdaxilə edib və iş Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırılıb.

DTX-dən ƏMƏLİYYAT: Mədəniyyət Nazirliyinin 14 əməkdaşı saxlanıldı -  YENİLƏNİB + FOTO/VİDEO » Gundelik-Baku.Com

Qeyd edək ki, nazir müavininin sevgilisi olan həmin xanım vaxtilə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb. Mədəniyyət naziri Anar Kərimov müavininin həmin xanımla qeyri-rəsmi münasibətdə olduğunu öyrənəndən sonra xanımı vəzifəsindən azad edib. Hazırda həmin xanım başqa bir dövlət qurumunda çalışır.

Bu ilin yayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılıb, bunlardan Bakı şəhəri, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanılıb.

DTX tərəfindən saxlanılan nazirin birinci müavininin SEVGİ QALMAQALI

Bunlardan 4 şəxs barəsində 4 cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə dövlətə vurulmuş zərərin ödənilməsi təmin edildiyindən icraata xitam verilib, 3 cinayət işi üzrə isə hazırda istintaq davam etdirilir.

Törədilmiş qanunazidd əməllər nəticəsində dövlət büdcəsinə vurulmuş 1 milyon 870 min manat zərərin 917 min manat hissəsinin istintaq dövründə ödənilməsi təmin edilib, zərərin qalan hissəsinin ödənilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilməkdədir.

Araşdırma zamanı Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş materiallarda 4 müəssisə ilə bağlı cinayət işinin başlanması üçün kifayət qədər əsaslar müəyyən edilməyib, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair 5 təqdimat göndərilib, 2 nəfər şəxsə münasibətdə qanun pozuntularından çəkindirmək məqsədilə prokuror tərəfindən xəbərdarlıq elan edilib.

Xatırladaq ki, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Həmin vaxt nazir müavini Rafiq Bayramov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov korrupsiya və mənimsəmə ittihamı ilə cəza alıb.

Orxan ƏLİYEV,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR