İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Bəxtiyar Xanızadə ilə görüşüb FOTO

1331 25.07.2022 14:31 Mədəniyyət A A

İyulun 20-də Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Xalq artisti Bəxtiyar Xanızadə ilə 65 yaşı münasibətilə görüşüb. Səmimi söhbət şəraitində keçən görüşdə nazir müavini mədəniyyət naziri Anar Kərimovun təbrik məktubunu təqdim edib, sənətkara uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb. O, bildirib ki, Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Pantomima Teatrının fəaliyyətini yüksək qiymətləndirir və daim diqqət mərkəzində saxlayır. Nazir müavini onu da vurğulayıb ki, Azərbaycan teatr şəbəkəsində özəl yeri olan Pantomima Teatrının gələcəkdə daha da inkişafı və fəaliyyətinin uğurla davam etdirməsi üçün Nazirlik dəstək verməyə hazırdır.

Xatırladaq ki, Bəxtiyar Xanızadə ki, 12 iyul 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, İncəsənət Universitetini bitirdikdən sonra 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasında təhsil almışdır. İstedadlı gənc aktyor və rejissor elə ilk yaradıcılıq işləri ilə teatr ictimaiyyətinin diqqətini cəlb etmiş, hazırladığı tamaşalar səhnə yozumu, müasirliyi, gənclik cəsarəti ilə fərqlənmişdir. 1978-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris Teatrında, 1982-1983-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında aktyor, 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda müəllim kimi fəaliyyət göstərmişdir. 16 may 1994-cü ildə dərs dediyi bir qrup tələbə ilə birlikdə Azərbaycan Respublikanın Mədəniyyət Nazirliyinin əmrinə əsasən Azərbaycanda “Dəli yığıncağı” adlı ilk Pantomima Teatr studiyası yaratmışdır. O, “Aktyorun plastik mədəniyyətinin tərbiyəsində UŞU - əlbəyaxa döyüş növünün əhəmiyyəti” (1991), “Budda rahiblərinin 18 döyüş üsuluna dair metodik və praktiki çalışmalar” (1992), “Aktyorun plastik tərbiyəsində məkan və zaman baxımından hərəkət dəqiqliyinin əhəmiyyəti” (1993) adlı elmi əsərlərin müəllifidir.

B.Xanızadə “Pantomima Buketi”, “Nağaraçılar”, “Şərqə səyahət”, “Zibillik pərvanələri”, “Bayraqdarlar”, “Asılqan”, “Samurayın ölümü”, “Eşq”, “Kölgə”, “Ömür yolu bircə andır”, “Xəyal”, “Anlaşılmazlıq”, “Unutmayaq”, “No Comment” adlı ilk Azərbaycan pantomima pyeslərinin müəllifidir.

B.Xanızadə 2000-ci il tarixində Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi", 2013-cü ildə "Xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 2019-cu ildən Prezident təqaüdçüsüdür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR