İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirdən Teleqrama qarşı çağırış - Bağlansın!

809 05.06.2024 03:34 Dünya A A

Danimarkada Teleqram kanalı qadağan edilə bilər.

Referans.az xəbər verir ki, bu barədə danimarkalı nazir Trine Bramsen çağırış edib. O, Yaxın Şərq mənşəli qadınlara qarşı "təqib" məzmunlu paylaşımlara görə, Teleqramın ölkəsində qadağan edilməsini istəyib.

Trine Bramsen "Berlingske" qəzetinə verdiyi açıqlamada platformanın cinayət üçün istifadə edildiyini və gənclərin həyatına mənfi təsir etdiyini deyib: "Təəssüf ki, biz Teleqramda, xüsusilə, gənc etnik qadınları alçaldan və ailələrinin onlardan üz döndərməsinə səbəb ola biləcək dəhşətli nümunələr görürük".

Qeyd edək ki, 2013-cü ildən Votsapa alternativ olaraq istifadə olunan Teleqram tətbiqinin təsisçiləri rusiyalı iş adamları Nikolay və Pavel Durov qardaşlarıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR