İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Sahil Babayev Xızı rayonunda vətəndaşları qəbul edib

992 23.09.2022 14:09 Sosial A A

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xızı rayonunda Xızı və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov ümummilli liderimiz Heydər Əliyevin Xızı rayonundakı abidəsini ziyarət ediblər.

Vətəndaşlar qəbul zamanı mənzillə təminat, əlilliyin qiymətləndirilməsi, ünvanlı dövlət sosial yardımı və s. məsələlərlə bağlı müraciət ediblər.

Müraciət edən vətəndaşların bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.

Qəbul zamanı müraciətlər araşdırılıb və aidiyyəti tədbirlər görülüb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR