İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Sahil Babayev Samuxda vətəndaşları qəbul edib - FOTOLAR

1037 14.10.2022 17:36 Sosial A A

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Samux rayonunda Samux və Göygöl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Musavat.com xəbər verir ki, qəbuldan əvvəl S.Babayev və Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı müraciət edən vətəndaşların bir hissəsini şəhid ailələrinin üzvləri və müharibə veteranları təşkil edib.

Müraciətlər pensiya və ünvanlı sosial yardım, aktiv məşğulluq proqramlarına cəlb olunma, mənzillə təminat, əlillik və reabilitasiya, sosial xidmətlər və s. məsələlərlə bağlı olub.

Hər bir müraciətə fərdi qaydada baxılaraq araşdırılıb və nəticəsinə əsasən tədbirlər görülüb.

Vətəndaşların bir qisminin müraciətlərinə uyğun olaraq özünüüməşğulluq, ictimai işlər və digər aktiv məşğulluq tədbirlərinə, reabilitasiya və sosial xidmətlərə cəlb olunmaları və s. üçün qeydiyyatı aparılıb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahatlar verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR