İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: “Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatdırılması planlaşdırılır"  

361 29.02.2024 16:16 Ölkə A A

 

“Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatdırılması planlaşdırılır”.

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, növbəti tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ Universitetində ilkin mərhələdə bakalavriat səviyyəsi üzrə 1000-ə yaxın tələbənin qəbulu planlaşdırılır:

"Universitetdə ilk mərhələdə 6 fakültə, 20 ixtisas üzrə tədris aparılacaq. Növbəti illərdə ixtisasların sayının artırılması planlaşdırılır", - deyə nazir qeyd edib.

Emin Əmrullayev onu da əlavə edib ki, Qarabağ Universitetində tələbələr ilk illərdə dövlət hesabına təhsil alacaq, sosial tədbirlərlə əhatə olunacaq, əlavə təqaüdlər və ödənişsiz yataqxana ilə təmin olunacaqlar".

Nazir əlavə edib ki, Qarabağ Universitetində çalışacaq işçi heyət də evlə təmin olunacaq: "Qarabağ Universitetində çalışacaq müəllim və işçi heyəti yaşayış yeri ilə təmin ediləcək. Nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almış, həmin müəssisələrdə akademik fəaliyyətlə məşğul olan azərbaycanlı ziyalıların bu universitetdə tədris prosesinə cəlbi nəzərdə tutulur.

Bildiyiniz kimi ötən gün artıq Qarabağ Universitetinə proqram rəhbəri vəzifəsi üzrə ilk vakansiya elan edilib. Digər vakansiyalar da açıq şəkildə elan ediləcək. Əsasən yaxın ərazilərdən olan professor-müəllim heyətinin prosesə cəlb edilməsi nəzərdə tutulur. Ali təhsil müəssisəsi tələbə-müəllim əməkdaşlığı əsasında qurulacaq və burada yeni tədris modelləri tətbiq olunacaq".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR