İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazilə Səfərli: "Vergi ödəyin, amma kim gəldi evlənməyin"

743 24.08.2023 14:09 Gündəm A A

"Əgər qanun qüvvəyə minərsə, vergi ödəyin, amma kimlə gəldi evlənməyin".

Musavat.com bildirir ki, bu sözləri sənətçi Nazilə Səfərli millət vəkili Tahir Kərimlinin "30 yaşdan yuxarı ailə qurmayan vətəndaşlar dövlətə vergi ödəməlidir" fikrinə münasibət bildirərkən deyib.

Sənətçi 30 yaşa çatıb iş-güc sahibi ola bilməyənlərin evlənməyinin boşanmağa yaxın olduğunu qeyd edib:

“Kəndimizdə 90 yaşlı bir nənə var. Boyu 1.50 sm olardı. Çox ucaboy yoldaşı vardı. Düşündüm ki, sevgi bunları bir araya gətirib. Məgər vergi gətiribmiş. O illərin qanununa görə, qız 20 yaşa çatarsa, hər ay dövlətə cərimə verməli imiş. Ona görə də, kimə gəldi gedibmiş.  Ən maraqlısı odur ki, doğduğu uşaqların heç biri atasının boyunu daşımırdı. Hamı ana kimi xırdaca idi. İndi həmin qanunun yenidən tətbiqi müzakirə edilir. Sağ olsunlar, yaşı 30 düşünüblər. Əziz cavanlar, xahiş edirəm, əgər bu qanun qüvvəyə minərsə, vergi ödəyin, amma kimlə gəldi evlənməyin. 30 yaşa çatıb iş-güc sahibi ola bilməyənlərin evlənməyi boşanmağa çox yaxındır".

Xatırladaq ki, ötən gün millət vəkili Tahir Kərimlinin 30 yaşdan yuxarı ailə qurmayan vətəndaşların dövlətə vergi verməli olduğu haqda fikirləri yayılıb. Lakin sonradan millət vəkili bu açıqlamasını təkzib edib.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR