İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı

514 11.07.2023 15:29 Son xəbər A A

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru işdən azad olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Mərkəzin direktoru Zeynəb Natiq qızı Mənsumova tutduğu vəzifədən azad olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bundan sonra da əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi üçün islahatlar davam etdiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR