İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda fərdi yaşayış evində baş verən yanğın söndürülüb

394 19.11.2023 01:52 Hadisə A A

Naxçıvan şəhərində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Nəcməddin küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəninin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR