İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvana Qafan və Gorusdan yüklərin daşınması tələbi - aksiya başlasınmı...

1574 08.09.2023 13:48 Siyasət A A

Politoloq: “10 noyabr bəyannaməsində açıq şəkildə qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisi ilə Naxçıvan arasında maneəsiz hərəkət təşkil edilməlidir”

Hazırda Ermənistan və onun havadarları Azərbaycandan haqsız olaraq tələb edirlər ki, Laçın yolu ilə Xankəndidəki ermənilərə yüklərin daşınması üçün sərbəst gediş-gəliş verilsin. Azərbaycan isə haqlı olaraq bildirir ki, bu, onun suverenliyinə, konstitusiyasına ziddir və alternativ, qanuni olaraq Ağdam-Xankəndi ilə yüklər daşına bilər.

Ancaq yenə də “Laçın dəhlizi” kimi absurd iddialar səngimir.

Bir çox təhlilçilər bu iddianın qarşılığında Azərbaycanın Naxçıvan Muxtar Respublikasına Qafan və Gorusdan keçməklə, maneəsiz, yoxlamasız olaraq yüklərin daşınması tələbini qoymasını məntiqli və lazımlı hesab edir. Əgər buna şərait yaradılmazsa, o zaman Azərbaycana qarşı Laçın yolu ilə bağlı tələblər sıfırlanmış ola bilər. Və bunun bizim verəcəyimiz ən gözəl cavab olacağı bildirilir. Azərbaycan bu aksiyaya başlamalıdırmı? Naxçıvana doğru maşınları Gorus və Qafan yoluna aparıb keçid tələbi irəli sürsək, hansı effekti verər?

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, belə məsələlərin müzakirəsi zamanı fundamental təməl prinsiplərinə və anlayışlara diqqət etmək lazımdır. Ekspert hesab edir ki, heç bir halda iki yolu eyniləşdirmək olmaz: “Hazırda rus sülhməramlıların mövcud olduğu ərazilər Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış əraziləridir. Bu əraziyə daxil olan hər hansı yol Azərbaycanın ərazisindən keçir. Naxçıvan isə Azərbaycanın eksklavıdır. Bura yol Ermənistandan keçir. Bu kontekstdən yanaşdıqda məsələnin qoyuluşunu hüquqi cəhətdən yanlış hesab edirəm. Biz heç zaman ərazimizdə olan yolu beynəlxalq marşrut kimi təqdim edə bilmərik. Zəngəzur dəhlizi beynəlxalq marşrutdur. Məsələyə digər baxış bucağından yanaşsaq, Naxçıvan uzun illərdir blokada şəraitində yaşayır. Naxçıvan Respublikasının əhalisinin də maneəsiz fəaliyyətinə şərait yaratmaq lazımdır. Bu mövzu müzakirə predmeti olmamalıdır, çünki Ermənistan bununla bağlı üzərinə öhdəlik götürüb. 10 noyabr bəyannaməsində açıq şəkildə qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisi ilə Naxçıvan arasında maneəsiz hərəkət təşkil edilməlidir”.

Fuad Çıraqov: İran Azərbaycanın Vətən müharibəsindəki Qələbəsini hələ də  həzm edə bilmir - AZƏRTAC

Fuad Çıraqov

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktor müavini Fuad Çıraqov xatırlatdı ki, Ermənistan tərəfi beynəlxalq səviyyədə Azərbaycana qarşı Laçın yolunun açılması ilə bağlı apardığı təbliğatda 10 noyabr Üçtərəfli Bəyannaməsinə istinad edir. Politoloq Ermənistan tərəfinin qərəzli yanaşmasına diqqət çəkərək qeyd etdi ki, həmin bəyanatda Azərbaycanın qərb bölgəsindən Naxçıvan Muxtar Respublikasına “maneəsiz” yolun verilməsi nəzərdə tutulsa da, qarşı tərəf bu tələbin olmasını xatırlamaq istəmir:  “Laçın yolunun açılması əvəzində "maneəsiz" yolun necə olması ilə bağlı heç nə təklif etmir. Əksinə, Ermənistan birmənalı şəkildə Naxçıvana gedəcək yolda bu ölkənin gömrüyünün, sərhəd xidmətinin və hüquq-mühafizə orqanlarının olmasını tələb edir. Eyni zamanda Laçın yolunun əbədi olaraq eksterritorial, yəni Azərbaycanın suverenliyindən kənarda olmasını da tələb edir. Çox həyasız yanaşmadı. Laçın yolu ilə və ya onların təbirincə, “Laçın dəhlizi” ilə bağlı “maneəsiz” tələbi yoxdur. Eyni zamanda Azərbaycan ərazisində Rusiya sülhməramlılarının və silahlı qüvvələrinin xidmət müddəti 5 ildir. Naxçıvana getməli olan “maneəsiz” yolla bağlı isə zaman məhdudiyyəti yoxdur. Bu qarşılıqlı iddialardan çıxmaq üçün ilk dəfə çıxış yolu kimi Avropa Şurasının Prezidenti Şarl Mişel tərəfindən 2021-ci ilin dekabrında “güzgü prinsipi” və “nəqliyyat yolları üzərində ölkələrin suveren hüquqları” olması prinsipi təklif edildi. Bu tam olaraq beynəlxalq hüquqa əsaslanan yanaşmadır. Ona görə də hesab edirəm ki, Naxçıvana getməli olan maşınları aparıb Gorusa aparmaq yaxşı fikirdir. Naxçıvan da artıq 30 ildən çoxdur blokadadır, əhali blokadadan çox əziyyət çəkib və hələ də əziyyət çəkir. Ona görə də Naxçıvan məsələsinin qlobal miqyasda qaldırılması çox faydalı olardı".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR