İnsanlara hürriyət, millətlərə istiqlal!

“Navalnı öldü, növbədə mənəm” - Saakaşvili

1130 17.02.2024 19:50 Dünya A A

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili rusiyalı müxalifətçi Aleksey Navalnının ölümündən təəssüfləndiyini bildirib.

Musavat.com teleqraf.com-a istinadən bildirir ki, eks-prezident Rusiyadakı digər siyasi məhbusların azadlığa buraxılmasına çağırıb.

"Aleksey Navalnı Putin rejiminə müqavimətin böyük qəhrəmanı idi. Ölümü böyük faciədir, amma bu labüd təhlükə çoxdan vardı. Əvvəllər Alekseylə aramızda fikir ayrılıqları olub, amma onun cəsarəti və böyük istedadına heyran olmuşam, Putinin dəstəklədiyi oliqarx Bidzina İvanişvili rejimi tərəfindən həbsxanada mənimlə pis rəftar edildiyi vaxt mənimlə həmrəyliyini çox yüksək qiymətləndirmişəm. İndi Qərbi Rusiyadakı digər siyasi məhbusları xilas etməyə çalışmağa çağırıram. Məni də xilas etməyə çalışın", - Saakaşvili vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR