İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnı ilə bağlı SON XƏBƏR 

1604 16.02.2024 15:57 Son xəbər A A

Xəbər verdiyimiz kimi,  Rusiya müxalifətinin lideri sayılan Aleksey Navalnının ölməsi barədə məlumat yayılıb. Bununla bağlı Rusiyanın Federal Penitensiar Xidmət Yamalo-Nenets dairəsi üzrə idarəsi rəsmi xəbər də verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, siyasətçinin mətbuat katibi Kira Yarmış Navalnının komandasına belə bir məlumat gəlmədiyini yazıb.

“Alekseyin vəkili indi Xarpa uçur. Hər hansı bir məlumat əldə etdikdən sonra xəbər verəcəyik”, - deyə o qeyd edib.

Siyasətçinin vəkili Leonid Solovyov da “Novaya qazeta”ya müsahibəsində məlumatın təsdiqlənmədiyini bildirib:

“Aleksey Navalnının ailəsinin qərarı ilə mən heç nəyi şərh etmirəm. Çərşənbə günü Alekseyin vəkili onun yanında idi. Həmin vaxt o, yaxşı görünürdü”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR