İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Ukraynaya qoşun göndərəcək? - İyul sammitində bəlli olacaq

348 08.05.2024 16:22 Dünya A A

İyul sammitində NATO Ukraynaya qoşun göndərməkdən imtina etdiyini bəyan etmək niyyətindədir.

“Corriere della Sera” qəzetinin məlumatına görə, alyans şərq cinahda hərbi personalı artırmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, NATO ölkələri iyulun 9-11-də Vaşinqtonda bir araya gələcək.

İclasın yekunu üzrə təsdiq edilməli olan sənədin mətninə əsasən “yerdə çəkmə yoxdur” (No boots on the ground) əsas ifadələrdən birinə çevriləcək. Bu, Ukraynadakı vəziyyətə münasibətdə istifadə olunur və alyans ölkələrinin Kiyevə kömək üçün öz qoşunlarını göndərməyəcəyini bildirir. Eyni zamanda, blok şərq cinahını gücləndirməkdə davam edəcək və regionda şəxsi heyəti Baltikyanı ölkələrdən Bolqarıstana qədər uzanan ərazilərdə yerləşdirilə bilən 300 min hərbi personala çatdırmaq niyyətindədir.

Mayın 4-də İtaliya Müdafiə Nazirliyinin rəhbəri Guido Krosetto “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib ki, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı təkrar bəyanatları faydalı deyil, sadəcə olaraq gərginliyi artırır. Bundan əvvəl Makron Britaniyanın “The Economist” jurnalına müsahibəsində Rusiya qüvvələrinin cəbhə xəttini yarması halında Kiyevin xahişi ilə Ukraynaya qoşun göndərmək məsələsinin nəzərdən keçirilməsinin mümkünlüyünü etiraf edib. Makronun sözlərinə görə, bir çox ölkə Parisin yanaşmasını başa düşüb və bu məsələdə onun mövqeyi ilə razılaşıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR