İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Ukrayna ilə bağlı TOPLANIR

1456 20.12.2023 16:26 Dünya A A

NATO-nun Hərbi Komitəsi yanvarın 17-18-də Brüsseldə Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.

"İclasda ilk dəfə olaraq Ukrayna-NATO Şurası formatında görüş keçiriləcək", - mesajda deyilir.

Tədbirdə NATO-nun baş katibi Yens Stoltenberq, onun müavini Mirça Coana, o cümlədən siyasət və hərbi məsələlər üzrə ekspertlər çıxış edəcəklər.

İştirakçılar arasında müttəfiq ölkələr, Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreya da olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR