İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Rusiya sərhədlərində genişmiqyaslı hava təliminə başlayır

334 08.06.2026 10:45 Dünya A A

NATO bu gündən Rusiya ilə həmsərhəd olan ölkələr də daxil olmaqla, Ramşteyn Bayrağı 2026 taktiki hava qüvvələri təliminin (RAFL 26) başladığını elan edib.

Musavat.com NATO-nun saytında dərc olunan məlumata istinadən xəbər verir ki,təlimdə 18 ölkə iştirak edəcək. Əsas təlim mərkəzləri Danimarka, İspaniya, İsveç, Norveç və Finlandiya olacaq. Təlimin əsas məqsədi alyansın kollektiv hərbi hazırlığını artırmaq olacaq.

NATO-nun məlumatına görə, təlimə gündə təxminən 150 uçuş həyata keçirən 200-dən çox təyyarə qatılacaq.

"Ramstein Bayrağı 2026" təlimi 8-19 iyun tarixlərində Finlandiya, Norveç, İsveç və Danimarkanın hava məkanında keçiriləcək. Alyansın on doqquz üzvü təlimdə iştirak edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR