İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Rusiya sərhədinin yaxınlığında qərargah yaradır

525 10.04.2024 10:06 Dünya A A

NATO quru qoşunlarının qərargahını Finlandiyada, Rusiya sərhədinin yaxınlığında yerləşdirməyi planlaşdırır.

Musavat.com axar.az-a istinadən bildirir ki, bu sözləri Finlandiyanın Norveçin müdafiə naziri Börn Arild Qram deyib.

O bildirib ki, qərargah Finlandiyanın Mikkeli şəhərində yerləşəcək. Oradan Rusiya ilə sərhədə qədər cəmi 140 kilometrdir. Hərbi bölmələr ABŞ-ın Norfolk əyalətindəki hərbi blokun qərargah komandirlərinə tabe olacaq.

Nazirin sözlərinə görə, qərargah döyüş hazırlığının artırılmasına cavabdeh olacaq və sutka ərzində işləyəcək. NATO-nun iyulda keçiriləcək sammitində yeni bölmənin yaradılması planları müzakirə olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR