İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO parçalanacaq, Rusiya qalib gələcək, Azərbaycan...

2624 11.03.2023 16:00 Siyasət A A

 

Yaxın Şərq üzrə siyasi analitik Şarmin Narvaninin “The Cradle” portalının oxucuları ilə paylaşdığı analitik proqnozlarda nələr var? 

Geosiyasətdə, xüsusən də dünyanın indi keçdiyi seysmik qlobal transformasiya dövründə hər hansı proqnoz vermək bəlkə də mənasız işdir. Yaxın Şərq siyasəti üzrə ixtisaslaşmış siyasi analitik Şarmin Narvaninin “The Cradle” portalının oxucuları ilə paylaşdığı da analitik proqnozdur. Bu proqnozlarda Azərbaycanla bağlı məqam da var və o səbəbdən Musavat.com oxucularına qısa özətini təqdim edirik. 

Beləliklə, analitikin dediyinə görə, Ukraynada müharibə olmasaydı belə, bir qlobal qarşıdurma başqa yerdə “partlayacaqdı”: "Bu, birqütblü dünya düzəninin qarşısını almağa yönəlmiş müharibədir. Müharibə Ukraynada olmasaydı, Tayvanda, İranda, Koreyada və hətta Venesuelada baş verə bilərdi. 2023-cü ildə biz NATO-nun  məhvinin aydın əlamətlərini görəcəyik. İndi vəziyyətə gəldikdə, Avropa artıq Vaşinqtonun göstərişlərinə qulaq asmağa gücü çatmır - onların  mövqeləri açıq şəkildə ziddiyyət təşkil edir. Fakt budur ki, Avropa böyük sərvəti tarixən Asiya resurslarından əldə edilib və bu, 2023-cü ildə özünü büruzə verəcək. Avropa anlayacaq  ki, onun firavan yaşamaqda davam etməsi Şərq və Avrasiya ilə qırılmaz şəkildə bağlıdır. Axı Asiya və Avropa indiki müttəfiqləri bir-birindən ayıran nəhəng Atlantik okeanından fərqli olaraq quru yolu ilə bağlıdır. Beləliklə, bu il Avropanın müxtəlif maraqlı tərəfləri arasında uçurum üzə çıxacağını və  atlantizmə (NATO) qarşı Avrasiyaçılıq döyüşü gözləyin. Siz görəcəksiniz ki, əsas etibarilə ticarət dünyası onilliklər ərzində ilk dəfə olaraq siyasət dünyası ilə ziddiyyət təşkil edəcək”.

Analitikin fikrincə, Qərbi Asiyada və onun ətrafında iki inkişafa xüsusi diqqət yetirməyə dəyər: “Hindistan və Rusiya arasında keçən ilki ticari  əlaqələr BRİKS-i canlandırdı. Yeni Dehlinin indi Moskvada Pekinlə mübahisələri həll etmək üçün etibarlı və köməkçi tərəfdaşı var ki, bu da Asiya inteqrasiya layihələrini xeyli asanlaşdırır. Bundan əlavə, hind-rus münasibətlərinin inkişafı heç bir  halda Vaşinqtonu  məmnun edə bilməz. Türkiyə indi yüksəlişdədir. Rusiya bu yaxınlarda Ankaraya Avropada böyük neft və qaz mərkəzi olmaq kimi uzunmüddətli ambisiyalarını həyata keçirməyi təklif etdi və Çin də Yeni İpək Yolunun əsas hissəsini Türkiyədən keçirməyə çalışır. Prezident Rəcəb Tayyib Ərdoğan indi Suriya, İraq, Azərbaycan və Cənubi Qafqazın digər türk dövlətlərində  mövqelərini gücləndirməyə çalışır”. Analitik iddia edir ki, Ankaranın Mərkəzi Asiyada yeni nəqliyyat marşrutlarını əldə etmək istəyi(söhbət yəqin ki, Zəngəzur dəhlizindən gedir-O.Ə) Ermənistan-Azərbaycan-İran sərhədlərində gərginlik yaradıb. 

Onun fikrincə, Rusiyanın Ukraynada qələbəsi qaçılmazdır ki,  bunun bir neçə səbəbi var.  “Yeganə sual, bunun nəyin bahasına əldə ediləcəyidir”-o bildirib.

Navani Ukrayna Silahlı Qüvvələrin ciddi şəkildə tükəndiyi və onun Qərb müttəfiqlərinin davamlı keyfiyyət və kəmiyyət hərbi dəstəyi təmin etmək üçün vasitələri olmadığı üçün yazın sonuna qədər münaqişənin bitəcəyi haqda proqnozları yada salır. Nirvani qeyd edir ki, bir sıra analitiklər NATO-nun münaqişəni genişləndirməyə - "polyakları və keçmiş Varşava Müqaviləsi ölkələrinin ordularını müharibəyə cəlb etməyə çalışacağı” rəyləri ilə razılaşır.

 Siyasi ekspertə görə, Avropa Birliyinin iqtisadiyyatı üçün “çox pis olacaq”: “Onsuz da cüzi olan enerji idxalı avronu sıxır,  qiymətlər daha da bahalaşır, çünki  avro hələ də ABŞ dolları ilə ifadə olunur. Bu isə təkcə alıcılıq qabiliyyətinin itirilməsi və tənəzzüllə deyil, həm də  Avropada sosial iğtişaşlara gətirib çıxarır".

“2023-cü il hər kəs üçün ağrılı il olacaq” deyən siyasi analitik  Suriya, Yəmən, Liviyadakı müharibələr olacağını mümkün hesab edir, o cümlədən İran, Çin və  Rusiyaya xarici müdaxilələri real hesab edir.  Sələfi terrorizminin canlanması və  geniş iqtisadi tənəzzül olacağını da deyir.  

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR