İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun nümayəndəsi: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını qətiyyətlə dəstəkləyirik

368 18.02.2024 13:43 Dünya A A

NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına qətiyyətlə dəstək verir.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"Ermənistan və Azərbaycanın yenidən yüksək səviyyədə görüşməsini və uzunmüddətli sülh müqaviləsi istiqamətində danışıqların davam etdirilməsinin zəruriliyi barədə razılığa gəlməsini görmək həqiqətən çox vacibdir. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına güclü dəstək verir", - Xavyer Kolomina bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR