İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO bu gün 75 yaşını qeyd edir - Alyansı gözləyən ÜÇ CİDDİ SINAQ

613 04.04.2024 10:38 Dünya A A

İkinci Dünya müharibəsindən sonra - 4 aprel 1949-cü ildə 12 ölkənin “Birimiz hamımız, hamımız birimiz üçün” şüarı ilə bir araya gəlməsi və son olaraq İsveçin də qoşulması ilə üzvlərinin sayı 32-yə yüksələn NATO bu gün 75 yaşını qeyd edir.

Musavat.com xəbər verir ki, bütün zamanların ən uğurlu və ən uzunmüddətli müdafiə ittifaqı kimi tarixə düşən NATO gözlənilməz təhdidlərin gündən-günə artdığı, sınaqların intensivləşdiyi yeni dövrünə qədəm qoyub. Alyans elə bir mühitə girib ki, onun əzəli düşməni olan Rusiyanın öz sərhədlərində başladığı müharibə fasiləsiz davam edir.

Sovet İttifaqının dağılmasından sonra varlığını davam etdirməsi şübhə altına düşən NATO 75 ildir qlobal təhlükəsizlik mühitində baş verən təlatümlü dəyişikliklərə rəğmən "sağ qalıb" və şərtlərə uyğunlaşıb. Ukrayna müharibəsinin təsiri ilə NATO-ya yeni bir enerji gəldiyini və Alyansın gücləndiyini söyləmək mümkündür. Lakin heç kimə sirr deyil ki, NATO daxilində bəzi siyasi zəifliklər və çətinliklər var. Avro-Atlantik təhlükəsizliyin təməl daşı və əsas təminatçısı olmaqda davam edən NATO təkcə bu rolla kifayətlənmir. Terrorizmlə mübarizə, strateji rəqabət, Afrika və Yaxın Şərqdəki münaqişələr, kibertəhlükəsizlik, kosmos, hibrid və asimmetrik təhdidlər, qlobal tərəfdaşlıqlar NATO-nun maraq dairəsindədir.

Qərb ekspertlərinin fikrincə, NATO hazırda üç problemlə üz-üzədir:

efe84157f892b2596fb5689e25c9e66b_1695898306_extra_large.jpeg (141 KB)

Birincisi Rusiyanın Ukraynaya qarşı müharibəsində Kiyevə dəstəyi davam etdirmək və Moskvanın qalib gəlməsinin qarşısını almaqdır.

İkincisi Vaşinqton Sammitinin keçiriləcəyi iyul ayına qədər on ildir vəzifədə olan baş katib Yens Stoltenberqin varisini müəyyən etməkdir.

Üçüncüsü ABŞ-da Donald Trampın mümkün ikinci prezidentlik müddətinə hazır olmaqdır.

resized_ae9fc-f8114449abdnatoturkiyegetty1772310.jpg (44 KB)

Musavat.com xatırladır ki, qardaş Türkiyə də Alyansın əsas üzvlərindən biridir.

Soyuq Müharibə dövründə NATO-nun cənub-şərq qanadı ölkəsi kimi son dərəcə əhəmiyyətli bir funksiyaya malik olan Türkiyə sonrakı dövrlərdə də Alyans daxilində əhəmiyyətini itirməyib, hətta üzərinə götürdüyü rollarla əhəmiyyətini artırıb.

Alyansın ikinci böyük ordusuna sahib olan Türkiyə təkcə geostrateji cəhətdən deyil, həm də xarici siyasət alətləri, hərbi vasitələri və imkanları ilə NATO-ya ciddi töhfə verməyə davam edir. NATO-nun təmin etdiyi ortaq müdafiə təminatı və çəkindirmə, çətin bir coğrafiyada yerləşən və eyni zamanda bir çox problemlərlə üzləşən Türkiyənin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımağa davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR