İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotikin təsir altında yük avtomobili idarə edən şəxs saxlanılıb - FOTO

592 28.12.2022 10:28 Kriminal A A

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında yük avtomobili idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

DİN-dən Musavat.com-a verilən məlumata görə, Masallı rayon sakini Raqib Ağayevin idarə etdiyi “DAF” markalı, 99-KE-047 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda Ekoloji Nəzarət üzrə YPXB-nin əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Ağayevin narkotik maddə qəbul etməsi müəyyən edilib.

R.Ağayevin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Ağayev inzibati qaydada həbs edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR