İnsanlara hürriyət, millətlərə istiqlal!

Muzdlu rus prankerlər və ABŞ muzdluları - kuryoz olay və ya iddia

489 28.02.2024 15:05 Dünya A A

Rusiyada çıxan “İzvestiya” qəzeti yazır ki, Kiyevin tərəfində döyüşən ABŞ muzdluları Bred Kendall və Ceyson Friman Ukrayna prezidenti Vladimir Zelenskini devirmək əməliyyatında iştirak etməyə hazır olduqlarını bildiriblər.

Qəzetin məlumatına görə, Rusiyanın məşhur prankerləri Vovan və Lexus Ukrayna beynəlxalq legionunun əcnəbi muzdluları ilə əlaqə saxlayıb və Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun adından onları şəxsi özəl hərbi şirkətə dəvət ediblər.

Eyni zamanda, guya söhbət zamanı onlar Poroşenkonun adından muzdlulara deyiblər ki, Zelenski böyük problem yaradır, çünki o, seçkiləri saxtalaşdırma, yeni diktator olmağa çalışır, buna görə də onu devirmək lazımdır.

“İzvestiya” yazır ki, amerikalı muzdlu Ceyson Friman yaxşı maaş vədinə görə təkliflər dərhal razılaşıb və əlavə edib ki, onun fikrincə, Pyotr Poroşenko Ukraynaya rəhbərlik edə biləcək şəxsdir.

Bildirilir ki, digər amerikalı muzdlu Bred Kendall da razılaşıb. Ancaq üçüncü - Joşua John Randsford qəzəblənib və hətta bu söhbətdən sonra Ukrayna ordusunun rəhbərliyinə donos yazıb.

Qeyd edək ki, Leksus və Vovan artıq iki ildir ki, böyük ehtimalla öz ölkələrinin xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirir, mövqeyi şübhə doğuran şəxslərə zəng edərək müəyyən adamların səsi ilə onların Rusiya-Ukrayna münaqişəsində əslində kimin tərəfində olduqlarını öyrənir, “ifşa” etdiklərinin səs yazısını sonradan yayırlar.

Ancaq bu muzdlu prankerlərin ABŞ muzdluları ilə söhbətinin səhihliyinə şübhə var. Ona görə ki, onlar üzünü görmədikləri, yalnız anonim telefon zəngi ilə ünsiyyət qurduqları naməlum şəxslə “prezidenti silahlı yolla devirmək” kimi bir avantüraya dair müzakirə aparardılarmı?

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR