İnsanlara hürriyət, millətlərə istiqlal!

Müştərilər taksi sürücüsünü başından güllələdi -VİDEO

1423 08.03.2023 21:10 Hadisə A A

Kayserinin Kocasinan rayonunda Mustafa K. adlı taksi sürücüsü taksiyə mindiyi sərnişinlər tərəfindən başından vurularaq öldürülüb.

Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,qruplar qatillərin tutulması üçün işə başlayıb.

Kayserinin Kocasinan rayonu Mithatpaşa Mahallesi Bəkir Yıldız Bulvarında baş verən hadisədə taksi ilə şəhər mərkəzindən gələn Mustafa K. (25) arxa oturacaqda oturan sərnişinlərin hücumuna məruz qalıb. Daha sonra sərnişinlər tapança ilə taksi sürücüsünün başına atəş açıblar.

Sürücü hadisə yerindəcə ölüb. Hadisəni törədənlər qaçıblar.

Polis faktla  bağlı araşdırmalara başlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR