İnsanlara hürriyət, millətlərə istiqlal!

Musavat.com yazdı, qurumlar hərəkətə keçdi - FOTOLAR

831 13.04.2023 20:14 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu 286 saylı məktəbin qarşısındakı piyada keçidi zolağı ilə bağlı sakinlər şikayət edirdi.

Musavat.com sözügedən məsələ ilə bağlı yazı dərc edərək məsələni işıqlandırıb.

Şikayətdə qeyd olunurdu ki, Bakı Nəqliyyat Agentliyinə bununla bağlı bir neçə dəfə məlumat verilsə də, məsələ həllini tapmırdı. Lakin sözügedən problem Musavat.com saytında dərc edildikdən sonra müvafiq qurumlar hərəkətə keçib. 

Bu barədə saytımıza həmin ərazidə yaşayan sakinlərdən biri məlumat verib. O bildirib ki, şikayət dərc olunandan bir neçə saat sonra həmin ərazidəki piyada keçidi zolağı bərpa edilib. Həmin şəxs eyni zamanda onu da qeyd edib ki, məktəbin qarşısına tramplinlər də quraşdırılacaq. 

Musavat.com

ƏVVƏL ⇓⇓⇓⇓⇓





SONRA ⇓⇓⇓⇓⇓

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR