İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakinləri üçün ÖLÜM TƏHLÜKƏSİ -"Bu ərazidə..." FOTOLAR

1465 12.04.2023 11:58 Hadisə A A

Bakının Yasamal rayonu 286 saylı məktəbin qarşısındakı piyada keçidi zolağını yağış yuyub. Bakı Nəqliyyat Agentliyinə bununla bağlı bir neçə dəfə məlumat verilsə də, məsələ həllini tapmır.

Bu barədə Musavat.com-a daxil olan şikayət məktubunda bildirlib.

“Məktəbin yanında olan piyada keçidi lövhələri, sürət göstərən lövhə bərbad gündə idi və piyada keçid zolağı isə silinib getmişdi. BNA-ya müraciət edəndən sonra gəlib yerə zolaq çəkdilər, lövhələri söküb apardılar ki, yenisini gətirib yerləşdirsinlər. Zolağı 5 gündən sonra yenidən yağış yuyub apardı. Məktəbdə 2 mindən çox şagird təhsil alır. Məktəbə doğru keçid olan yolda avtomobillər istədikləri sürətlə sağa-sola şütüyürlər. 211 saylı avtobusun piyada zolağı olan yerdə hərəkətləri isə bir başqa problemdir. Qanunvericiliklə məktəblərin yanında sürət həddi 30-dur, amma bu ərazidə müvafiq lövhə yoxdur. Gərək kimisə maşın vursun, xoşagəlməz hadisə baş versin ki, Bakı Nəqliyyat Agentliyi məsələni həll etsin?!” - deyə məktubda qeyd olunub.

Ərazidən fotoları təqdim edirik.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR