İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Əzizov faciəvi şəkildə öldü - FOTO

2051 05.11.2023 11:35 Hadisə A A

Azərbaycan təhsil ictimaiyyətinə ağır itki üz verib.

BAKU.WS xəbər verir ki, tanınmış pedaqoq, ictimai xadim və dəyərli ziyalı Musa Əziz (Musa Yunis oğlu Əzizov) faciəli şəkildə həlak olub.

Qeyd edək ki, Musa Yunis oğlu Əzizov 5 iyun 1948-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açıb.

O, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub və eləcə də müxtəlif mövzuları əhatə edən yazıları ilə dövri mətbuatda çıxış edib. O, həmçinin uzun müddət Kəlbəcərdə çıxan "Yenilik" ("Kəlbəcər harayı") qəzetinin əməkdaşı olub.

M.Əzizov həm də YAP Kəlbəcər rayon təşkilatının Veteranlar Şurasının üzvü olub.

1699168897_399852263_3092151757588549_7162365387087394082_n.jpg (381 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR