İnsanlara hürriyət, millətlərə istiqlal!

Mumbay polisi Çin casusu saydığı göyərçini sərbəst buraxıb

478 01.02.2024 12:47 Dünya A A

Mumbay polisi Hindistan rəsmilərinin Çin tərəfindən casusluq üçün istifadə oluna biləcəyinə inandığı bir göyərçini azad edib.

Musavat.com xəbər verir ki, bu barədə dünən Hindistanın "The Print" onlayn qəzeti məlumat yayıb.

Göyərçini saxlayan baytarlıq klinikası yanvarın 29-da quşu buraxmaq üçün polisdən icazə istəyib. Ertəsi gün quş buraxılıb.

Göyərçin keçən ilin may ayında Mumbay şəhərinin Çembur qəsəbəsində tutulmuşdu. Polisin məlumatına görə, quşun pəncələrində biri mis, digəri alüminium materialdan olan iki halqa olub. Heyvanın qanadlarının daxili hissəsində də Çin simvollarına rast gəlinib və sayıq hindlilər hesab ediblər ki, quş Çinə agentlik edir.

"İşin təhqiqatı zamanı polis göyərçinin Tayvanda açıq su yarışlarında iştirak etdiyini və belə tədbirlərin birində ölkədən uçaraq Hindistana endiyini aşkar edib", - hesabatda olaya aydınlıq gətirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR