İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibədə dönüş: Ukrayna Xarkov və İzyumda əks-hücuma keçdi - CANLI

1120 05.05.2022 15:23 Gündəm A A

“Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın  yaradılması məsələsi müzakirə olunur”. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Ermənistanın həll etməli olduğu bəzi məsələlər var. Biz suallara cavab tapan kimi strukturun formalaşması üçün görüşlər başlayacaq. Həmçinin Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün mümkünlüyü də müzakirə olunur”, - TŞ katibi bildirib.

Xatırladaq ki, mayın 2-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Əliyev-Paşinyan görüşü nə zamana gözlənilir? 

Ukraynadakı müharibəyə gəlincə, rus əsgərlərinə məxsus 5 milyon dollarlıq yeni nəsil super tankların məhv edilməsinin görüntüləri paylaşılıb. Tanklar döyüş meydanında Ukrayna ordusu tərəfindən partladılıb. Bildirilir ki, Rusiya ordusunun T-90M super tankları xüsusi reaktiv zirehlərlə qorunur. T-90M-dəki zireh, gələn mərminin nüfuzetmə gücünü azaltmaqla vurulduqda partlamaq üçün nəzərdə tutulduğuna görə fərqlənir.

Tankın həmçinin gələn raketin istifadə etdiyi lazer şüası ilə hədəfə alındıqda avtomatik tüstü qumbaraatanlarını atəşə tutan müdafiə sistemi olduğu bildirilir. Ukrayna hərbçiləri 5 milyon dollarlıq supertankdan əlavə, termobarik çoxsaylı raket sistemini də məhv etdiklərini bildiriblər.

Ukrayna müdafiə qüvvələri Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı teleqramda bildirib.

O həmçinin Rusiyanın öz qüvvələrini Luqansk istiqamətində cəmlədiyini, xüsusilə Popasna, Kreminna, Torske rayonlarında şiddətli döyüşlərin getdiyini vurğulayıb.

Qeyd edək ki, Valeri Zalujnı bu barədə amerikalı həmkarı general Mark Millini məlumatlandırıb.

TVMusavat-ın saat 15:30-da “Həftə içi” verilişində Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov gündəmi dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:



Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR