İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə bitdi: Ermənilər 5 rayonumuza fəlakət yaşadır - CANLI

1422 29.04.2022 15:15 Gündəm A A

“İndi biz Qarabağın və Zəngəzurun Azərbaycanın qalan hissəsi ilə dərin inteqrasiyası üzərində işləyirik, ona görə də dəmir yolları, hava limanları tikilir, elektrik enerjisi verilir. Suyun paylanması məsələsi bir az daha çox vaxt aparacaq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə söyləyib.

“Biz çaylarımızdan məhrum olmuşduq, çünki 30 il ərzində yazda, yayda suya ehtiyacımız olanda Ermənistan Tərtər çayının qarşısını kəsərək quraqlıq yaradırdı. Qışda isə çayı açıb, sel yaradırdılar. Bu, əsl ekoloji terror idi”, - dövlət başçısı vurğulayıb. O xatırladıb ki, bir neçə il əvvəl AŞPA-da Ermənistanı buna görə pisləyən qətnamə qəbul edilib.

Hazırda sülhməramlıların səlahiyyət zonası olan Sərsəng su anbarından istifadə mümkün olmur. Ermənilər 5 rayonumuza su fəlakəti yaşatmaqdadır. TVMusavat-ın efirində “Vətəndaş maarifəndirlməsi” İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli ilə siyasi ekspert Vaqif Hüseyn bu mövzuda müzakirə aparırlar, çıxış yolları göstərirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR