İnsanlara hürriyət, millətlərə istiqlal!

Muğlada meşə yanğını başlayıb - FOTO

355 24.07.2022 21:44 Region A A

Türkiyənin Muğla bölgəsi yenidən meşə yanğınlarının məngənəsindədir.

Musavat.com Oxu.Az-a istinadla xəbər verir ki, bölgənin Milas rayonunda meşə sahəsi alovlara təslim olub.

Hadisə Çamköy məhəlləsində baş verib.

Muğla Meşə Region Müdirliyi ilə Milas və Bodrum xilasetmə qrupları bölgəyə gəliblər.

Hazırda əraziyə dörd yanğınsöndürmə təyyarəsi, dörd helikopter, 15 yanğınsöndürən maşın, yeddi su tankeri cəlb olunub.

Yanğının lokallaşdırılmasına çalışılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR