İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimlərin yerdəyişməsi ilə bağlı növbəti vakansiya seçimi olacaq

517 16.05.2022 15:55 Təhsil A A

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 18 may saat 11:00-da start veriləcək.

Musavat.com xəbər verir ki, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Trend-ə verilən məlumata görə, qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər.

Vakansiya seçimi üçün elektron sistem 23 may saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR