İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə naziri: "Bu gün ordumuz dünya orduları ilə müqayisəediləcək səviyyədədir"

441 08.11.2022 17:34 Gündəm A A

"Bu gün ordumuz dünya orduları ilə müqayisəediləcək səviyyədədir".

Musavat.com xəbər verir ki, bu fikirlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə ünvanladığı təbrikdə bildirib.

"Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisəediləcək səviyyədədir. Bu, hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğısının nəticəsidir ki, ölkənin müdafiə qabiliyyəti gündən-günə artaraq xalq-dövlət-ordu monolit birliyə, sarsılmaz bir qalaya çevrilib.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi daxil edildi", - nazir vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR