İnsanlara hürriyət, millətlərə istiqlal!

Mübariz Mənsimov atası ilə belə vidalaşdı - FOTOLAR

3412 21.06.2023 15:07 Hadisə A A

“Palmali Holding” şirkətinin prezidenti Mübariz Mənsimovun atası Qurban Mənsimovun vəfatı ilə əlaqədar cənazə namazı qılınıb.

Musavat.com xəbər verir ki, namaz İstanbulda “Levent Cami”sində qılınıb.

Mərasimdə Qurban Mənsimovun övladları, Mənsimovlar ailəsinin dostları, həmçinin iş, sənət və siyasət adamları iştirak ediblər. Cənazənin artıq Bakıya yola salındığı bildirilir.

Xatırladaq ki, Qurban Mənsimov ötən gün İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu gün saat 18:00-da Keşlə qəbiristanlığında dəfn ediləcək.

İş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərar hələ də qüvvədə olduğu üçün Mübariz Mənsimov atasının Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR