İnsanlara hürriyət, millətlərə istiqlal!

MSK Prezident seçkiləri ilə əlaqədar “Seçki günü üçün yaddaş kitabçası” hazırlayıb

386 19.01.2024 16:33 Siyasət A A

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Seçki günü üçün yaddaş kitabçası” hazırlayıb.

Bu barədə Musavat.com-a MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları barədə biliklərini artırmaq, məlumatlılıq və peşəkarlıq səviyyələrini yüksəltmək, fəaliyyətlərini daha da təkmilləşdirməkdən ibarətdir.

Nəşrdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələri barədə rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları ilə bağlı aydın və müfəssəl məlumat verilib.

Seçki Məcəlləsinin müvafiq müddəaları və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında hazırlanan yaddaş kitabçası dairə və məntəqə seçki komissiyalarının üzvlərinə, müşahidəçilərə, habelə maraqlanan seçki subyektlərinə çatdırılıb.

“Seçki günü üçün yaddaş kitabçası”nı aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR