İnsanlara hürriyət, millətlərə istiqlal!

MSK: Növbədənkənar parlament seçkilərinə 1 048 nəfər namizədlik üçün müraciət edib

376 22.07.2024 11:59 Siyasət A A

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 1048 nəfər namizədlik üçün müraciət edib.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, onlardan 700-nün namizədliyinin irəli sürülməsi təsdiqlənib.

MSK sədri qeyd edib ki, bütün proseslər axıra çatdırılana qədər seçki məntəqələrindəki vebkameralar fəaliyyət göstərəcək: "1000 məntəqədə vebkamera quraşdırılıb. Bu, aşkarlığın ən yüksək göstəricisidir. Eyni zamanda azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılıb".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR