İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan Xankəndi elanı Poqosyanı dəli etdi: Oranı hədəfə alın - VİDEO

2929 16.10.2023 12:19 Son xəbər A A

Rusiyanın TASS agentliyinin elanı erməniləri ciddi narahat edib.

Mətbu orqanın binasının girişində "Əliyev Azərbaycan bayrağını Xankəndidə ucaltdı" sözlərinin qeyd olunması Ermənistanın keçmiş rəsmi nümayəndəsini özündən çıxarıb.

Dəfələrlə qeyri-adekvat bəyanatları ilə gündəmə gələn Vladimir Poqosyan yenə də təxribatçı mövqeyi ilə seçilməyi bacarıb.

Belə ki, Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin keçmiş müşaviri işləmiş şəxs TASS-a qarşı müharibə "elan edib". O, Rusiya agentliyinin belə informasiya təqdim etməsini həzm edə bilməyib.

"TASS qanuni hərbi hədəfdir", - bəyanatı ilə rahatlıq tapmaq istəyən Poqosyan görünür, hələ çox ağıldankəm çıxışlar etmək məcburiyyətində qalacaq.

Bundan əlavə, Ermənistanın rəsmi nümayəndəsi olmuş şəxs Qarabağ bölgəsində qanunsuz erməni dəstələrinin üzvlərinin hələ də gizləndiyini söyləyib. (Ölkə.Az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR