İnsanlara hürriyət, millətlərə istiqlal!

“Moskvada hansısa ciddi sənədin imzalanması real görünmür” - Akif Nağı

415 24.05.2023 19:19 Gündəm A A

“Azərbaycan tərəfinin səyləri ilə sülh prosesində xeyli irəliləyiş var. Ermənistan artıq əvvəlki pozuculuq fəaliyyətini davam etdirə bilmir. Paşinyanın son açıqlmaları da bunu göstərir”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib.

Partiya rəhbəri bununla belə, hesab edir ki, prosesin tezliklə başa çatması üçün Ermənistanın geri çəkilə biləcəyi bütün yolları bağlamalıyıq: “Bu isə həddindən artıq çətin məsələdir. Hər dəfə bir bəhanə tapıb, prosesi başqa səmtə yönəldirlər. Bir tərəfdən sülhə hazır olduqlarını, Qarabağı Azətbaycan ərazisi kimi tanıdığını deyir, digər tərəfdən, Qaravağdakı erməni tör-töküntülərinin dili ilə prosesə qarşı çıxışlar təşkil edir, “beynəlxalq təhlükəsizlik mexanizmi”ndən danışırlar”. A.Nağı da bu fikirdədir ki, 25 mayda keçiriləcək üçtərəfli Moskva görüşündən ciddi nəticə gözləməyə dəyməz: “Rusiya sülhün əldə olunmasında maraqlı deyil. Hər kəs deyir ki, cəmi bir neçə məsələ razılaşdırılıb, əsas ziddiyyətlər qalır. Kommunikasiyaların açılması üzrə İşçi qrupun da fəaliyyəti yoxdur, xarici işlər nazirlərinin son görüşündə İşçi qrupun fəaliyyətinin bərpa olunacağı deyildi, amma hələ heç bir hərəkət yoxdur. Bu şəraitdə Moskvada hansısa ciddi sənədin imzalanması real görünmür. Ola bilər ki, “növbətçi bəyanat” verilsin. Rusiya bu cür reveransları xoşlayır, hər şeyin nəzarətdə olduğu fikrini yaratmağa çalışır. Bir məsələ var ki, bu günə qədər nəticələr Rusiyanın vasitəçiliyi ilə əldə olunub. Lakin bu dəfə Rusiyanın növbəti razılaşmada maraqlı olduğu müşahidə olunmur”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR